11:39
553
Çin hakimiyyəti ABŞ-nin İordaniyadakı bazasına raket zərbəsi endirilməzdən əvvəl Çin tərəfinin İrana peyk şəkilləri ötürməsi barədə ittihamları əsassız hesab edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Cyakun bildirib.
"Biz sübut olunmamış, əsassız şübhə və ittihamlara qətiyyətlə qarşı çıxırıq", — deyə o, daxil olan məlumatı şərh edərkən keçirilən brifinqdə vurğulayıb.
Rəsmi nümayəndə dəqiqləşdirib ki, "məsuliyyətli böyük dövlət kimi ÇXR hər zaman öz beynəlxalq öhdəliklərini dəqiqliklə yerinə yetirir".
Buna qədər "Wall Street Journal" qəzeti Çin şirkətlərinin iyul ayında ABŞ-nin İordaniyadakı bazasına endirilən raket zərbəsindən əvvəl İrana peyk şəkilləri təqdim etdiyi barədə məlumat dərc etmişdi. Hücum nəticəsində üç amerikalı hərbi qulluqçu həlak olmuş, daha dördü isə yaralanmışdı.
Məryəm Quliyeva