Almaniyada koronavirusa yoluxanların sayı 123 016 nəfərə çatıb Dünya

Almaniyada koronavirusa yoluxanların sayı 123 016 nəfərə çatıb

Son 24 saatda Almaniyada 2537 nəfərdə koronavirus aşkarlanıb.
APA-nın "Sputnik"ə istinadən verdiyi xəbərə görə, bu barədə Robert Koç İnstitutu məlumat yayıb.
Ölkədə COVID-19 virusuna yoluxanların sayı 123 016-ya yüksəlib.
Son sutka ərzində Almnanyada 126 nəfər koronavirusdan vəfat edib ki, bununla da indiyədək ölkədə virusdan ölənlərin sayı 2799-a çatıb.
İnstitutun məlumatına görə, bugünədək virusa yoluxanların 64 300 nəfəri sağalıb. Son bir gün ərzində 4000 nəfərin sağaldığı bildirilib.