İspaniyada koronavirusdan ölənlərin sayı 21 282 nəfərə çatıbDünya
21 Aprel 2020 13:20
1 484
İspaniyada son sutka ərzində 430 nəfər yeni növ koronavirusdan vəfat edib.
APA-nın İspaniya Səhiyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ölkədə koronavirusdan ölənlərin sayı 21 282 nəfərə çatıb.
Koronavirusa yoluxanların ümumi sayı 204178 nəfərdir. 82 514 nəfər sağalıb.