Belarusda koronavirusa yoluxanların sayı 8000-i ötüb Dünya

Belarusda koronavirusa yoluxanların sayı 8000-i ötüb

Belarusda son sutka ərzində 741 nəfər yeni növ koronavirusa yoluxub, 2 nəfər vəfat edib.
Bu barədə Belarus Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Belarusda koronavirusa yoluxanların sayı 8022 nəfərə çatıb.
Qeyd olunub ki, xəstəlikdən indiyə kimi 60 nəfər ölüb.