İsveçdə son sutkada koronavirusdan 131 nəfər ölüb Dünya

İsveçdə son sutkada koronavirusdan 131 nəfər ölüb

İsveçdə COVID-19 virusuna yoluxaraq vəfat edənlərin sayı 2152-yə çatıb.
APA-nın "Guardian"a istinadən xəbərinə görə, ölkədə son 24 saat ərzində 131 nəfər vəfat edib.
Son bir sutka ərzində 812 yeni yoluxma faktı qeydə alınıb və bununla da İsveçdə indiyədək bu virusa yoluxanların sayı 17567-yə yüksəlib.
Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, virusa yoluxanlardan 1256 nəfər xəstəliyi ağır keçirib və reanimasiyada olublar.