Britaniyada koronavirusla əlaqədar 40 məhkum azadlığa buraxılıb Dünya

Britaniyada koronavirusla əlaqədar 40 məhkum azadlığa buraxılıb

Böyük Britaniyada yeni növ koronavirusla (COVID-19) əlaqədar 40 məhkum azadlığa buraxılıb.
Bu barədə Britaniyanın Ədliyyə naziri Robert Buckland “Sky News” telekanalına müsahibəsində bildirib.
Nazir ümumilikdə 4000 məhkumun azadlığa buraxıla biləcəyini də vurğulayıb.
R. Buckland koronavirusla bağlı situasiyanın bir ay öncə ilə müqayisədə daha yaxşı olduğunu deyib.