14 Noyabr 16:16
14 Noyabr 14:16
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib
1 May 2020 15:41
2 443
ABŞ Prezidenti Donald Trampdan dünyanı təəccübləndirəcək daha bir açıqlama gəlib. O, yeni tip koronavirusun Uhandakı laboratoriyadan çıxdığına dair dəlil gördüyünü deyib. Ağ Evdə yaşlıların mühafizəsi ilə bağlı paneldə sualları cavablandıran Tramp bu dəlilin yüksək dərəcə güvən verən dəlil olduğunu bildirib.
Jurnalistlərin bu mövzuda təkidlə suallar ünvanlamasına cavab olaraq isə “Çin bunu qəsdən və ya yanlışlıqla edibsə də, araşdırmaçılarımız bu mövzu üzərində işləyir. Sizə hazırda ətraflı məlumat verə bilmərəm” - sözlərini deyib.
Koronavirusun pandemiyaya çevrilməsinə ikinci günahkar kimi Ümumdünya Səhiyyə Təşkilatını hədəf alan ABŞ Prezidenti qurumun özündən utanmalı olduğunu dilə gətirib: “Çinin ictimaiyyətlə əlaqələr departamenti kimi işləyirlər. Biz hər il bu təşkilata 500 milyona yaxın pul veririk. Çin isə sadəcə 38 milyon. İnsanlar yüzminlərlə insanın ölümünə yol açan səhvlər edərkən ÜST-ün heç bir bəhanəsi ola bilməz”.
Qeyd edək ki, ABŞ Milli kəşfiyyat Direktorluğu (DNİ) verdiyi açıqlamada COVID-19 virusunun insan əməyi və ya genetikası dəyişdirilmədiyinə dair bilgilərlə həmfikir olduqlarını açıqlamışdı.