14 Noyabr 16:16
14 Noyabr 14:16
7 May 2020 10:41
1 841
Ötən həftənin yekunlarına görə (27 aprel – 1 may), ABŞ-ın neft ehtiyatları 4,59 mln. barel artaraq (öncəki həftə – 20-24 aprellə müqayisədə, demək olar ki, iki dəfə az artım) 532,22 mln. barel təşkil edib.
Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 7,76 mln. barelə yaxın artacağını proqnozlaşdırırdı.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
14 Noyabr 19:57
1 330
14 Noyabr 18:50
1 400
14 Noyabr 18:50
1 449