Rusiyanın Mədəniyyət naziri koronavirusdan sağalıb Dünya

Rusiyanın Mədəniyyət naziri koronavirusdan sağalıb

Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova yeni növ koronavirusdan (COVID-19) sağalıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə nazirin mətbuat katibi Аnna Usaçeva bildirib.

“Həkimlər onun işə çıxmasına icazə veriblər. Olqa Borisovna artıq işdədir və özünü yaxşı hiss edir. Xoşbəxtlikdən xəstəlik yüngül keçdi”, - deyə A. Usaçeva deyib.

Mətbuat katibi qeyd edib ki, O. Lyubimova evdə müalicə olunduğu müddətdə nazirliyin bütün şöbələri ilə daimi əlaqədə olub.

Qeyd edək ki, Mədəniyyət nazirinin koronavirusa yoluxması mayın 6-da məlum olub.