MAQATE: İrandakı 400 kq-dan çox zənginləşdirilmiş uranın yeri məlum deyil
NATO müharibə zamanı aviasiya yanacağı qıtlığı ilə üzləşə bilər
Komitə sədri: Kənd təsərrüfatı məhsullarına 10%-lik vergi çətinliklər yarada bilər
Rəsmi Bakı: Azərbaycan Dublində Avropa Siyasi Birliyinin üç sənədinə qoşulmayıb
20 May 2020 13:11
2 254
Səudiyyə Ərəbistanında intizam məqsədilə tətbiq olunan qırmanc cəzası ləğv edilib. Bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb. Qərara əsasən, intizam məqsədilə alternativ cəzalardan istifadə ediləcək. Ədliyyə naziri Velid əs-Samani bununla bağlı məhkəmələrə əmr göndərdiyini açıqlayıb.
O, bütün məhkəmələrə qırmanc cəzası əvəzinə səlahiyyətli orqanlar tərəfindən təyin ediləcək həbs, cərimə və ya alternativ cəzaların verilməsi ilə bağlı çağırış edildiyini bildirib. Samani qırmanc cəzasının iki növünün olduğunu, bunlardan biri hökm çıxarıldığı zaman açıq şəkildə, digərinin isə intizam və ya cinayətin qarşısını almaq məqsədilə tətbiq edildiyini vurğulayıb. Onun sözlərinə görə, bəzi insan haqları təşkilatları qırmancla cəzalandırmanın insanın hüquqlarına və qüruruna zidd olduğunu qeyd edirlər.