14 Noyabr 16:16
14 Noyabr 14:16
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya XİN rəhbərlərinin görüşündə iştirak edib
20 May 2020 13:18
2 527
31 oktyabr 2019-ci il tarixində Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi (HVAVO) “Rusiyanın Ermənistandakı hərbi mövcudluğu və insan hüquqları vəziyyətinə təsiri”, habelə “Rusiyanın Ermənistan, Moldova və Ukraynadakı hərbi mövcudluğu və insan hüquqlarının vəziyyətinə təsiri” mövzularında hesabatları təqdim edilib.
Hesabatlar Şərq tərəfdaşlığına aid (EAP) Ermənistan, Moldova, Ukrayna ölkələrini, Rusiyanın hərbi mövcudluğu, bunun nəticəsində insan hüquqlarının pozulması və dövlətlərarası sənədləri əhatə edir.
Ermənistanla bağlı hesabatda Ermənistan ilə Rusiya Federasiyası arasında imzalanan dövlətlərarası sənədlərlə tənzimlənən münasibətlər, Ermənistanda Rusiya hərbi bazasının hərbçilərinin iştirakı ilə baş verən hadisələr, Rusiya hərbi bazasının mövcudluğunun Ermənistandakı insan haqları vəziyyətinə təsiri ilə bağlı problemlər, habelə dövlətlərarası sənədlərin Ermənistan Konstitusiyasına uyğun olmaması məsələlərinə dair narahatlıq əhatə edir.
Ermənistanla bağlı hesabatda təqdim olunan məsələ və problemlərə dair məsul dövlət qurumlarının rəyini, şərhlərini əldə etmək niyyəti ilə 10 yanvar 2020-ci ildə HVAV ofisi tərəfindən qeyd olunan hesabatlar Ermənistan Baş naziri Nikol Paşinyana, Ermənistan Müdafiə naziri David Tonoyana, Ermənistan MM-in Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin sədri Andranik Koçaryana, Ermənistan parlementinin İnsan Hüquqlarının müdafiəsi və İctimai məsələlər üzrə Daimi Komissiyanın sədri Naira Zöhrabyana, Xarici İşlər Naziri Zöhrab Mnatsakanyana da göndərilib.
2020-ci il 3 may tarixinə olan məlumata görə, qeyd olunan 5 strukturdan yalnız 3-ü cavab göndərib.