İŞİD-in İraqdakı lideri öldürülüb Dünya

İŞİD-in İraqdakı lideri öldürülüb

İŞİD terror təşkilatının İraqdakı lideri Muataz əl-Cjaburi öldürülüb.
Bu barədə İraqın Antiterror Xidməti məlumat yayıb.
Bildirilib ki, Muataz əl-Cjaburi antiterror əməliyyatı zamanı zərərsizləşdirilib.
Təhlükəsizlik qüvvələrinin məlumatına görə, Muataz əl-Cjaburi İŞİD rəhbərinin köməkçisi olub.