“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
4 İyun 2020 13:29
1 855
ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlı etiraz aksiyalarının gedişində 9,8 mindən çox insan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. “CNN” xəbər verir ki, hazırda 9 813 etirazçı polis tərəfindən saxlanılaraq təcridxanalara aparılıb. Təkcə Hyuston şəhərində 200, Los-Anceles şəhərində 2 500-dən çox, Nyu-York şəhərində isə 1 500 etirazçı həbs edilib.
Qeyd edək ki, qarışıqlıqlara səbəb polisin zorakılığı nəticəsində afroamerikalı Corc Floydun həlak olmasıdır. Kütləvi iğtişaşlar səbəbindən Vaşinqton və Nyu-York da daxil olmaqla, ölkənin təxminən 40 şəhərində komendant saatı tətbiq olunub.
Pentaqon ABŞ paytaxtının ətrafında 1,6 minə yaxın hərbçi yerləşdirildiyi barədə məlumat yayıb.
12 Dekabr 23:14
2 233
12 Dekabr 22:22
2 107
12 Dekabr 21:15
2 373