Son sutkada dünyada COVID-19-a 254 minə yaxın yoluxma qeydə alınıb Dünya

Son sutkada dünyada COVID-19-a 254 minə yaxın yoluxma qeydə alınıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayının 19,7 milyon nəfəri ötdüyünü elan edib.

Son sutkada dünyada COVID-19-a 254 minə yaxın yoluxma qeydə alınıb.

Belə ki, son 24 saat ərzində dünyada koronavirusa 253 409 yoluxma qeydə alınıb, 5 719 nəfər həyatını itirib.

Bununla da dünyada koronavirusa yoluxanların sayı 19 718 030 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 728 013 nəfər təşkil edir.