14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
28 Avqust 2020 09:00
1 925
Çinin Xarici İşlər naziri Uang Yi koronavirusun ilk dəfə ölkəsində meydana gəlməsi ilə bağlı fikirlərin düzgün olmadığını söyləyib.
Reuters xəbər verir ki, Çinin baş diplomatı bu barədə avqustun 27-də Norveç Xarici İşlər naziri İne Eriksen Soreide ilə Oslo şəhərində keçirilən mətbuat konfransında bildirib.
Uang Yi qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatına virusun olduğunu ilk dəfə rəsmi Pekinin bildirməsi COVID-19-un Çində meydana gəldiyini ifadə etmir: "Əslində, son aylar ərzində virusun dünyanın müxtəlif yerlərində aşkar edilməsi barədə də hesabatlar var.
Virus ilk dəfə haradan yaranması və bunun necə baş verməsi elm adamlarının, tibb mütəxəssislərinin öhdəsinə buraxılmalıdır”.
Çinin XİN başçısı məsələni siyasiləşdirməməyi, eyni zamanda ölkəsinin adının ləkələnməmısini tövsiyə edib.
O, ABŞ Prezidenti Donald Trampın COVID-19-u açıq-aşkar "Çin virusu" kimi təqdim edilməsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.