Rusiyada son sutkada 17 347 nəfər COVID-19-a yoluxub Dünya

Rusiyada son sutkada 17 347 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutka ərzində daha 17 347 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 531 224 nəfərə çatıb.

Son sutka ərzində 219 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 26 269 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.