Putindən araqla bağlı sərt qərar Dünya

Putindən araqla bağlı sərt qərar

Rusiya Prezidenti Vladimir Putin Baş nazir Dmitri Medvedyevlə arağın qiymətini müzakirə edib və aidiyyəti qurumlara vəziyyətə nəzarət üçün vaxt verib.
Axar.az xəbər verir ki, Putin müzakirə zamanı arağın qiymətinin qaldırılmasına qarşı çıxıb və qiymətlərə ciddi nəzarət olunmasını bildirib.
"Qanunsuz araqlar, bütün əvəzedicilər və digər spirtli içkilər leqal məhsulların qiymətinin qaldırılmasına səbəb olur", - Putin deyib.
Putin aidiyyəti qurumları bu barədə düşünməyə çağırıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Rusiya spirtli içki istehlakına görə dünyada 4-cü yeri tutur.