“Fransız xalqı terrorizmlə dinin fərqini görür” Dünya

“Fransız xalqı terrorizmlə dinin fərqini görür”

Paskal Monye: "Bütün dünyadan gələn həmrəylik mesajlarından təsəlli alıram"

"Mən hazırda Fransadayam və bu hadisə bizi şoka salıb. Bütün dünyadan gələn həmrəylik mesajlarından təsəlli alıram".
Bu barədə APA-ya Fransanın Azərbaycandakı səfiri Paskal Monye dünən Parisdə baş verən hadisələri şərh edərkən bildirib.
"Bu faciədən sonra fransız xalqı birləşib, terrorizmlə dinin və yaxud irqin fərqini görür" - deyə diplomat vurğulayıb.
Xatırladaq ki, yanvarın 7-də Parisdə "Charlie Hebdo" satirik nəşrinin redaksiyasına silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.