“Moskvaya fərqli sanksiyalar tətbiq edəcəyik” Dünya

“Moskvaya fərqli sanksiyalar tətbiq edəcəyik”

"Böyük Britaniya Kremlin Ukraynaya təcavüzünün artacağı təqdirdə Moskva əleyhinə tamam "fərqli səviyyədə" sanksiyalar tətbiq edəcək". Bunu Britaniyanın Baş naziri Devid Kemeron "Vall Street Journal" qəzetinə müsahibə verərkən söyləyib. Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı hərəkətləri ilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozub. Kemeron bunun nəticəsi olaraq Moskvanın bundan sonra beynəlxalq maliyyə bazarlarına çıxış əldə etmək imkanlarından məhrum olacağını söyləyib.