30 Sentyabr 23:35
30 Sentyabr 23:33
30 Sentyabr 23:19
9 Mart 2022 15:07
3 171
Nazirlər Kabineti “Laçın dəhlizi”ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı bir sıra təşkilat və xarici dövlət orqanlarına məktub ünvanlayıb.
Bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
"Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı üzrə öhdəliyinə zidd olaraq, öz silahlı qüvvələrini qanunsuz olaraq Azərbaycan ərazilərinə yerləşdirməsi, o cümlədən, təxribat-diversiya qrupları vasitəsilə təxribat xarakterli addımları, “Laçın dəhlizi”ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı Azərbaycan Respublikası adından BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katiblərinə, ATƏT-in Fəaliyyətdə olan Sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə, Rusiya Federasiyasının Xarici İşlər nazirinə məktublar ünvanlanıb", - deyə hesabatda qeyd olunub.
30 Sentyabr 17:06
707
30 Sentyabr 17:04
700
30 Sentyabr 12:26
742