Hikmət Babaoğlu: Azərbaycan həqiqətləri hər platformada diqqətə çatdırılmalıdır
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB1
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
18 Mart 2022 08:23
4 620
ABŞ-ın Florida ştatının cənub-şərqindəki Fort Lauderdeyl şəhərində tranzit avtobusun içərisində atışma nəticəsində iki nəfərin ölüb, daha iki nəfər yaralanıb.
Trend yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Fort Lauderdeyl şəhər polis departamenti yayıb.
Qeyd olunur ki, ölənlərdən biri hadisə yerində, digəri isə xəstəxanada vəfat edib.
Hadisə yerli vaxtla saat 15:25 baş verib. Sürücü avtobusda atəş səsləri eşidib və dərhal avtobusu polis departamenti binasının həyətinə sürüb. Bu zaman avtobus digər avtomobillə toqquşub. Nəticədə daha üç nəfər xəsarət alıb.
Atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Hazırda araşdırmalara davam etdirilir.