"Sabah" – "Slaviya" qarşılaşmasında qonaq azarkeşlər üçün 3 675 bilet ayrılıb
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB
Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir - YENİLƏNƏCƏK
15 May 2022 13:48
2 779
Mayın 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında: bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin gündüz saatlarından arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-22° isti, Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 5-10° isti olacaq.