7 Noyabr 10:54
9 İyun 2022 10:28
2 275
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 8-də 130,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,08 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 128,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 88,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,11 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 128,29 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,49 dollar/barel çoxdur.
7 Noyabr 18:42
1 036
7 Noyabr 18:03
1 043
7 Noyabr 17:59
1 029