İcra başçısı məktəbli üçün rəsm salonu açıb Hadisə

İcra başçısı məktəbli üçün rəsm salonu açıb

Bu gün IX sinif şagirdi, istedadlı rəssam Novruzova Ayşən Fəxrəddin qızı üçün Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun şəxsi hesabına təsis etdiyi "Ayşən Rəsm Salonu" nun açılış mərasimi olub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov,
Bələdiyyə sədri Azər Babayev, YAP Rayon Təşkilatının sədri Samir Baxsiyev, Quba Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən Rayonu üzrə sektor müdiri Aynurə Dadaşova, şair Nəcməddin Mürvətov , yazıçı Aybəniz AY Bəniz Əliyar, Siyəzən Mədəniyyət mərkəzinin direktoru Ziyada Dadasova Siyəzən şəhər uşaq incəsənət məktəbinin direktoru Rəhim Bağırov, Rayon Mərkəzi Kitabxanasının direktoru Gülnar Muradova, Siyəzən Üşaq Yaradıcılıq Mərkəzinin direktoru Şəms Hüseynova, Ayşənin təhsil aldığı məktəbin rəhbərliyi, müəllimlər və digər rayon rəsmiləri, Ayşənin valideynləri iştirak ediblər.
Siyəzən şəhər şəhid Rasim Ramazanov adına 5 saylı tam orta məktəbin kollektivi adından Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzova Ayşənə ğöstərdiyi qayğıya görə təşəkkür bildirilib.
Cavid