Almaniya səfirliyi anti-Türkiyə mövzusunda filmi Bakıda nümayiş etdirmək istəyir Hadisə

Almaniya səfirliyi anti-Türkiyə mövzusunda filmi Bakıda nümayiş etdirmək istəyir

Almaniyanın Bakıdakı səfirliyi Aİ-nin Azərbaycandakı nümayəndəliyi ilə birlikdə “Landmark”da "Odda - İki Bacı" ("Sisters Apart") filminin nümayişini təşkil edir.

Trend-in məlumatına görə, anti-Türkiyə mövzusunda lentə alınmış film İraqda kürd silahlı dəstələrinin hərbi düşərgəsində təlim keçən Rojda adlı qızdan bəhs edir.

Daha öncə filmin Bakıda yerləşən kinoteatrlarda nümayişi nəzərdə tutulsa da, filmin Azərbaycana qardaş olan Türkiyə qarşı mövzuda lentə alınması buna imkan verməyib. Bakıda yerləşən kinoteatrlar anti-Türkiyə mövzusunda olduğuna görə filmin yayımlanmasından itmina ediblər.

Bundan sonra isə Almaniyanın Bakıdakı səfirliyi filmin "Landmark" biznes mərkəzində nümayiş olunacağını açıqlayıb. "Landmark" rəhbərliyinin anti-Türkiyə və terrorun təbliği mövzusunda filmin yayımına niyə icazə verdiyi də anlaşılan deyil.

Türkiyəni hədəf alan filmin nümayişi isə ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Azərbaycanla qardaşlıq münasibətlərində olan ölkəyə qarşı hazırlanmış filmin Bakıda nümayişi yolverilməzdir.

Almaniya səfirliyinin bu təşəbbüsü həm terrorun təbliği, həm də qardaş Türkiyəyə qarşı atılan addımdır.