Millət vəklindən tövsiyyə Hadisə

Millət vəklindən tövsiyyə

"Hər bir gəncimiz orta məktəbdən tariximizi yaxşı öyrənməlidir"

Milli Məclisin deputatı Qənirə Paşayeva gənclərə Qaradağlı Soyqırımından danışıb və bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaq sizin andınız olmalıdır, deyib.
Millət vəkili Qənirə Paşayeva Qaradağlı və Xocalı Soyqırımının 24-cü ildönümü ilə bağlı Qovlar şəhərində məktəblilərə Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, soyqırımlar barədə geniş danışaraq bildirib ki, hər bir gəncimizi orta məktəb illərindən tariximizi, Azərbaycan həqiqətlərini yaxşı öyrənməlidir.
Ermənistanın Qaradağlıda və Xocalıda törətdiyi dəhşətli soyqırım barədə danışan millət vəkili Q.Paşayeva gənclərə Dağlıq Qarabağ probleminin tarixi kökləri, bu günkü vəziyyət və hər bir gəncimizin Qarabağ həqiqətlərinin yayılmasında üzərinə düşən misiya barədə geniş çıxış edib.
Siz işğal altında olan torpaqlarımızı, oradakı tariximizi, mədəni, dini abidələrimizi, oradan olan böyük şəxsiyyətlərimizi, Qaradağlı, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatları əzbərdən bilməlisiniz deyən millət vəkili Q.Paşayeva məktəblilərə bu gün Ermənistan adlı dövlətin üzərində qurulduğu tarixi torpaqlarımızı və oradakı tariximizi də dərindən öyrənməyə və sosial mediada daim Azərbaycan həqiqətlərinin yayılmasında aktiv olmağa çağırıb.
Qənirə Paşayeva görüşdə iştirak edən hər bir məktəbliyə Azərbaycan tarixi ilə bağlı kitablar hədiyyə edərək onları daha çox oxumağa, öyrənməyə çağırıb.
Millət vəkili Q. Paşayeva görüşdə iştirak edən tarix müəllimlərinə üz tutaraq tarix müəllimlərimiz daha çox çalışmalıdırlar ki, hansı peşənin arxasınca getməyindən asılı olmayaraq hər bir gəncimiz orta məktəbdən tariximizi yaxşı öyrənsin deyib.
O, məktəblərdə gənclərin tez-tez tariximizlə bağlı müxtəlif mövzular ətrafında tədbirlər təşkil etməsinin,müzakirələr aparmasının önəmi, onlara bu istiqamətdə dəstək göstərilməsi ilə də bağlı fikirlərini də bildirib. Azərbaycan tarixi fənninin məktəblərimizdə yüksək səviyyədə tədris olunmasına xüsusi diqqət verməliyik deyən millət vəkili Q. Paşayeva bildirib ki, tarixini yaxşı bilməyən xalq heç zaman sağlam addımlarla gələcəyə gedə bilməz.
Tədbirdə çıxış edən məktəblilər millət vəkilinə tariximizi daha da dərindən öyrənəcəklərinə dair söz veriblər və bildiriblər ki, onlarla bu istiqamətdə müzakirələr çox vacib və əhəmiyyətlidir. Məktəbin və rayon rəhsil şöbəsinin rəhbərliyi də tədbirdə çıxış edərək bu cür görüş və müzakirələrin məktəblilərə böyük stimul olduğunu deyiblər.
Millət vəkili gənclərə bir sıra tarixi romanlar da hədiyyə edib və onlara tarixçi alimlərlə məktəblilərin görüşünü təşkil edəcəyinə söz verib.