İki ölkənin Tarix institutları arasında əməkdaşlıq müqaviləsi imzalanıb Hadisə

İki ölkənin Tarix institutları arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ilə Tatarıstan Respublikası Elmlər Akademiyasının Ş.Mərcani adına Tarix İnstitutu arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqaviləni Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Tatarıstan Respublikası (TR) Elmlər Akademiyasının (EA) vitse-prezidenti, TR EA Şəhabəddin Mərcani adına Tarix İnstitutunun direktoru, akademik Rafael Xakimov imzalayıblar.
Y. Mahmudov deyib ki, hər iki institut tarixi birlikdə araşdıracaq, kitablar, toplu nəşr edəcək. Onun sözlərinə görə, bu əlaqələrin böyük gələcəyi var: "Keçmişdə tariximiz birdir, tarixin dərinliyinə endikcə türk xalqları birləşir. Biz o birliyin tarixini araşdırmaq istəyirik. Tatarıstan tarixi Volqa-Kama Bulqarıstanı, qədim bulqarlar deməkdir. Bizim xalqımızın təşəkkülündə iştirak edən türk xalqlarının bir çoxu tatar xalqının təşəkkülündə iştirak edib".