7-ci sinif şagirdi özünü asıb Hadisə

7-ci sinif şagirdi özünü asıb

Bakıda orta məktəb şagirdi intihar edib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qaraçuxur qəsəbəsində qeydə alınıb.
2001-ci il təvəllüdlü Azad Zaman oğlu Məmmədov yaşadığı evdə özünü asaraq intihar edib. Polisdən A. Məmmədovun 7-ci sinif şagirdi olduğu bildirilir.