Ermənilər məscidi bombaladı Hadisə

Ermənilər məscidi bombaladı

Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Ağdam rayonunda bir mülki vətəndaş həlak olub.
Bu barədə kəndin bələdiyyə sədri Qasımova Elsanə Fazil qızı məlumat verib. Onun sözlərinə görə, hadisə rayonun Əhmədağalı kəndinin ərazisində qeydə alınıb:
"Ermənilər kənddə yerləşən məscidi topdan atəşə tutdular. Bu zaman məscidin yaxınlığında olan kənd sakini Dadaşov Qaraş həlak oldu. Onun 65 yaşı olar. Atəş nəticəsində məsciddə də ciddi ziyan dəyib".