Dövlət Komissiyası: Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 675 xəstə müalicə alır
Yeni tədris ilində Azərbaycanda 2,2 milyon nəfər təhsil alacaq
Azərbaycanda səkkiz ayda 208 milyon milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb
TikTok Azərbaycanda süni intellektlə bağlı maarifləndirici təşəbbüsə başlayır
18 May 2023 13:00
2 611
Mayın 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında gecə saatlarında gözlənilən yağışın səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz hava olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.
15:20
56
14:58
350
14:22
399