“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Türkiyə və İtaliya şirkətləri yeni zirehli texnikanın sınaqlarını başa çatdırıb
12 azərbaycanlı uşaq türk adlarına görə doğum haqqında şəhadətnaməsiz qalıb
20 Noyabr 2023 18:34
2 772
Biz qadınların səlahiyyətləndirməsi üçün müəyyən tədbirlər görürük.
Trend xəbər verir ki, bunu BMT-nin Məskunkaşma Proqramı işçisi Claudia Scheufker Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Biz çalışırıq ki, qadınları ayrıseçkilikdən uzaq saxlayaq. Qadınlar dayanıqlı inkişaf üçün əsas dayaqdır.
Növbəti illər üçün də bir sıra proqramlarımız nəzərdə tutulub ki, buraya qadınların səlahiyyətləndirilməsi daxildir. Bir çox ölkələrdə qadınlar mülkiyyətdən istifadə ədalətsizliyinə məruz qalırlar. Bu baxımdan faydalı məlumatların ötürülməsi vacibdir”,- deyə o, bildirib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.