“Azərbaycanın geosiyasəti Əli Həsənovun tədqiqatında” Hadisə

“Azərbaycanın geosiyasəti Əli Həsənovun tədqiqatında”

Yunus Oğuzun yeni kitabı işıq üzü görüb

Yazıçı-publisist türkoloq-alim Yunus Oğuzun müəllifi olduğu daha bir kitab işıq üzü görüb. " "Azərbaycanın geosiyasəti Əli Həsənovun tədqiqatında" adlanan kitabda Yunus Oğuzun Azərbaycan Respublkiası Prezidentinin köməkçisi Əli Həsənovun müəllifi olduğu "Azərbaycanın geosiyasəti" adlı kitabı haqqında düşüncələri, fikirləri yer alıb. Siyasi elmlər doktoru, professor Elman Nəsirovun elmi redaktor olduğu kitaba ön sözü AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor, millət vəkili Musa Qasımlı yazıb. Yunus Oğuz qeyd edir ki, Əli Həsənovun müəllifi olduğu kitabı günün kitab hadisəsi adlandırsaq yanılmarıq. Çünki bu əsərdə yazılanlar, qeyd olunanlar (1.Azərbaycanın geosiyasi inkişaf tarixi və xarakteristikası, müasir milli inkişaf siyasətinin əsasları, 2. Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətləri, 3. Azərbaycanın beynəlxalq aləmlə geoiqtisadi münasibətləri, 4. Azərbaycanın xarici aləmlə hərbi-geostrateji münasibətləri, beynəlxalq, regional və milli təhlükəsizlik siyasətinin əsasları) nəinki dövlətimizin əsas siyasətinin sütununu təşkil edir, bu həm də dövlət siyasətinin preroqativləri hesab edilir. Göstərilən istiqamətdə düzgün siyasətin aparılması dövlətimizin nüfuzunu regionda və dünyada yüksəltməklə yanaşı, dövlətimizin vətəndaşlarının rifahını yüksəldir, onun etibarını qazandırır, çünki "hakimiyyətin mənbəyi xalqdır" müddəası 1995-ci ildə qəbul edilmiş Ana Yasamızda yazılıb. Yunus Oğuz Əli Həsənovun müəllifi olduğu əsərin üstün cəhətləri barədə də "Azərbaycanın geosiyasəti Əli Həsənovun tədqiqatında" kitabında geniş bəhs edir.