“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Türkiyə və İtaliya şirkətləri yeni zirehli texnikanın sınaqlarını başa çatdırıb
12 azərbaycanlı uşaq türk adlarına görə doğum haqqında şəhadətnaməsiz qalıb
29 May 2024 11:24
2 121
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 44 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər xilas edilib, 1 nəfərin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.