Hande Harmancı: Səhiyyə işçiləri hələ iqlim dəyişikliyi ilə bağlı aparılan işlərə kifayət qədər cəlb edilməyiblər Hadisə

Hande Harmancı: Səhiyyə işçiləri hələ iqlim dəyişikliyi ilə bağlı aparılan işlərə kifayət qədər cəlb edilməyiblər

Bütün səhiyyə işçiləri birinci növbədə inanmalıdırlar ki, qlobal istiləşmə gedir. Yəni hava isinir, bunu biz etmişik və həll edə bilərik.

Bunu Bakıda keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitdə panel müzakirəsi zamanı Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, səhiyyə işçiləri hələ iqlim dəyişikliyi ilə bağlı aparılan işlərə, ümumi prosesə kifayət qədər cəlb edilməyiblər:

"Bu istiqamətdə kifayət qədər tədqiqat aparılıb. Lakin mən özüm də bir səhiyyə işçisi olaraq iqlim dəyişikliyi və qlobal istiləşmə ilə bağlı aparılan işlərə kifayət qədər cəlb edilmədiyimizi düşünürəm".

"İqlim dəyişikliyi insan sağlamlığına mənfi təsir göstərir. Qlobal istiləşmə getdikcə daha geniş vüsət almaqdadır", - deyə o qeyd edib.