Hikmət Babaoğlu: Azərbaycan həqiqətləri hər platformada diqqətə çatdırılmalıdır
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB1
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
11 Sentyabr 2024 09:55
4 186
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş Namiq Əsədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, ondan meşə massivində əkdiyi 21 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, N.Əsədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.