“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
13 Sentyabr 2024 14:08
4 361
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü il üçün hazırlıq planına uyğun olaraq, artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib.
APA MN-ə istinadən xəbər verir ki, təlimin planına əsasən, bölmələr atəş mövqelərinin tutulması, artilleriya silah sistemlərinin döyüş tətbiqinə hazırlanması və digər tapşırıqlar üzrə fəaliyyətləri yerinə yetiriblər.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə artilleriya bölmələri şərti düşmənin planlı və plandankənar hədəflərini aşkar edərək sərrast atəşlərlə məhv edib.
Təlimin keçirilməsində əsas diqqət atəş dəstək qrup komandirlərinin və nizamlayıcıların hədəflərin koordinatlarını dəqiq müəyyən etməsi, məsafələrin və bucaqların düzgün ölçülməsi, eləcə də atəşin idarə edilməsi zamanı funksional vəzifələrinin praktiki icrasına və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
13 Yanvar 18:45
1 008
13 Yanvar 18:15
1 183
13 Yanvar 17:46
931





