3 Noyabr 2024 17:48
3 717
Culfa rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Ərəzin - Əbrəqunus kəndlərini birləşdirən yolda qeydə alınıb.
Belə ki, “72-BF-177” dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobilin sürücüsü Mərhəmət Nəsirli xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA