Burhanettin Duran: Türk dövlətləri media sahəsində əməkdaşlığı daha da gücləndirməlidir
Azərbaycanın xaricə birbaşa investisiyaları 5 mlrd. dollara yaxın olub
Azərbaycana daxil olan pul baratları üzrə müsbət saldo 530 mln. dolları ötüb
Montrödə Azərbaycanın incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirilib - FOTO
13 Dekabr 2024 10:02
3 101
Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib.
APA xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Məlumata görə, DYPİ əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Chevrolet” markalı, 77-YX-266 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Səbuhi Bəşirov saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı S.Bəşirovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə S.Bəşirovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.
11:37
0
11:20
315
11:04
378