Prezident İlham Əliyev: Bizim xarici borcumuz çox aşağı səviyyədədir
Prezident xarici və yerli investorları Azərbaycana sərmayə qoymağa çağırıb
Dövlət başçısı: Azərbaycan dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanıb
Azərbaycan tarixində ilk dəfə Batareya Enerji Saxlanc Sistemi yaradılır
AMB “AtaSığorta”ya təyin etdiyi müvəqqəti inzibatçının adını açıqlayıb
19 Dekabr 2024 12:29
2 478
Dekabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarda arabir yağıntılı olacağ gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.