İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
18 Fevral 2025 09:11
2 261
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bəhreyndə "Bir ümmət, ortaq tale" mövzusuna həsr olunmuş İslamdaxili dialoq konfransında iştirak edəcək.
2025-ci ilin 19-20 fevral tarixlərində keçiriləcək konfrans Bəhreyn Kralı Əlahəzrət Kral Həməd bin İsa Əl Xəlifənin himayəsi altında, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər əş-Şərifin şeyxi, böyük imam doktor Əhməd əl-Tayyibin təşəbbüsü ilə təşkil olunur. Tədbirə dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, dini qurumların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, din xadimləri qatılacaq.
Konfransın məqsədi dialoq, məsləhətləşmələr və ümumi prinsiplər üzrə qarşılıqlı anlaşmanın təşviq edilməsi, İslam həmrəyliyini inkişaf etdirmək, müsəlman dünyası, eləcə də bəşəriyyət üçün parlaq bir gələcək naminə birgə səylərin ortaya qoyulmasıdır.
Cavid