Suraxanıda narkomaniyaya qarşı maarifləndirmə tədbiri Hadisə

Suraxanıda narkomaniyaya qarşı maarifləndirmə tədbiri

Suraxanı rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində növbəti görüş keçirilib.
Günəşli qəsəbəsi 279 sayılı və 290 sayılı tam orta məktəblərində həyata keçirilən tədbirlərdə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov, Suraxanı rayon polis idarəsinin əməkdaşları və məktəblilərinn yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən polis polkovniki Namiq Həsənov bildirib ki, Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə həyata keçirilən tədbirdə məqsəd şagirdlərin narkomaniya bəlasından qorunması, onların bu yöndə maarifləndirməsini təmin etməkdir.
Natiq çıxışında bildirib ki, narkomaniya ümumbəşəri problemdir: "Bu gün dünya birliyi narkomaniyaya qarşı mübarizədə həmrəylik nümayiş etdirirlər. Bununla bağlı müəyyən razılaşmalar da var. Bu baxımdan Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər artıq öz müsbət təsirini göstərməkdədir".
Namiq Həsənov onu da vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir. Aidiyyəti dövlət qurumları Dövlət Proqramda nəzərdə tutulan tədbirlər planına uyğun olaraq öz öhdələrinə düşən vəzifələri yerinə yetirir. Daxili İşlər Nazirliyi olaraq orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirir".
Polkovnikin sözlərinə görə, bu il ərzində Suraxanı rayonunun ayrı-ayrı orta ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirilib və bu tədbirlər davamlı xarakter daşıyıb. Tədbirlərdə şagirdlərə narkomaniya bəlası barəsində ətraflı məlumatlar verilib, narkomaniyanın insan sağlamlığına vurduğu ziyanlar izah olunub.
Sonda şagirdləri maraqlandıran suallara cavab verilib.