İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır
“Ölkəmiz xarici vasitəçilərin səmərəsiz fəaliyyəti fonunda müstəqil siyasət kursunu gücləndirdi”
Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
“Zəngəzurda mövcud olan kilsələrin ermənilərə heç bir aidiyyatı yoxdur”
22 Aprel 2025 09:45
2 625
Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirərək iyun ayından etibarən Bakıdan Şımkentə müntəzəm uçuşlara başlayacaq.
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, Qazaxıstanın cənubunda yerləşən bu şəhərə ilk uçuş 28 iyun tarixində həyata keçiriləcək.
Məlumata görə, Bakı-Şımkent-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə – Bakıdan Şımkentə bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Şımkent turistləri unikal memarlıq abidələri, qədim məqbərələri və gözəl parkları ilə cəlb edir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA