Prezident İlham Əliyev: Bizim xarici borcumuz çox aşağı səviyyədədir
Azərbaycan tarixində ilk dəfə Batareya Enerji Saxlanc Sistemi yaradılır
AMB “AtaSığorta”ya təyin etdiyi müvəqqəti inzibatçının adını açıqlayıb
Prezident İlham Əliyev: Ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik
Azərbaycan Prezidenti: Bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir
24 Aprel 2025 18:30
2 723
Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi yeni xidməti avtomobillər sifariş edib.
Xalqcebhesi.az Trend-ə istinadən xəbər verir ki, 8 ədəd sedan tipli minik avtomobilinin alınması nəzərdə tutulub.
Məlumata əsasən, sözügedən nəqliyyat vasitələrinin 2024-cü il istehsallı olması, 5 ədədinin rənginin qara, 3-nün isə ağ olması əsas şərtlərdəndir.
Dövlət Ehtiyatları Agentliyinə sözügedən avtomobilləri “Roadster” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təhvil verəcək və bunun müqabilində 295 min manat alacaq.
Qeyd edək ki, dövlət agentliyinə avtomobilləri təhvil verəcək şirkət - “Roadster” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi Həsənov Ülvi Bəhruz oğludur.