Bakıda laxlayaraq təhlükəli durum yaradan işıq dirəyi möhkəmləndirilib Hadisə

Bakıda laxlayaraq təhlükəli durum yaradan işıq dirəyi möhkəmləndirilib

Bu gün səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Kövkab Səfərəliyeva küçəsində küləkli havada laxlayaraq aşma təhlükəsi ilə üzləşmiş işıq dirəyi möhkəmləndirilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsindən məlumat verilib.
Bildirilib ki, artıq problem aradan qaldırılıb.
Qeyd edək ki, laxlayan işıq dirəyi ərazidən keçən insanlar və nəqliyyat vasitələri üçün təhlükəli durum yaradıb.