Liviya səfiri: Hər dəfə azad edilmiş ərazilərə gələndə dəyişiklik, yeni tikililər görürəm Hadisə

Liviya səfiri: Hər dəfə azad edilmiş ərazilərə gələndə dəyişiklik, yeni tikililər görürəm

Hər dəfə azad edilmiş ərazilərə gələndə yeni nələrsə görürəm.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Liviyanın Azərbaycandakı səfiri Ali Salem Naser Şuşaya səfəri zamanı deyib.
“Artıq üçüncü dəfədir ki, burda oluram və hər dəfə gələndə dəyişiklik, yeni tikililər görürəm. Fikrimcə, bura çox gözəldir. Əlbəttə ki, gələcəkdə də Şuşaya və Laçına gəlmək istəyərəm. Bu iki şəhərdə və Ağdamda böyük quruculuq işləri aparılır. Mən Azərbaycanı bu nailiyyətlər münasibətilə təbrik edirəm”, - diplomat qeyd edib.