

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, NATO ölkələrinin müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırması tələbi ABŞ-a şamil olunmamalıdır.
Ağ Ev rəhbəri bu fikirləri Nyu-Cersi ştatında jurnalistlərlə söhbətində səsləndirib.
“Düşünürəm ki, onlar bunu etməlidirlər. Amma biz zənnimcə, yox. Çünki biz NATO-ya illərdir dəstək veririk, bəzən elə bil bütün xərcləri yalnız biz ödəyirik. Ona görə də hesab edirəm ki, bu tələb bizə aid olmamalıdır", – ABŞ Prezidenti vurğulayıb.