Sərhədi pozanlar tutulub Hadisə

Sərhədi pozanlar tutulub

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, noyabrın 24-də Astara rayonunun Oruc¬məhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respub¬likasından Azərbaycan istiqamətində dövlət sərhə¬dinin pozulmasına cəhd edilib. Sərhədçilərin sayıqlığı nəticəsində dövlət sərhədinin pozul-masının qarşısı alınıb, hadisə ye¬rindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu yaxalan¬ıb.
İran İslam Respublikasının vətəndaşları olan sərhəd pozucula¬rının - 1972-ci il təvəllüdlü Sasanian Vəhdət Qasım oğlunun və 1973-cü il təvəllüdlü Qəvipur Xotpesara Fərəc oğlunun üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram "Metamfetamin" və 993 ədəd psixotrop dərman preparatı olan "Metadon" həbi aşkar olun¬ub.
Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.