Qaziantepdə Qarabağ problemi ilə bağlı konfrans keçirilib Hadisə

Qaziantepdə Qarabağ problemi ilə bağlı konfrans keçirilib

Millət vəkili Qənirə Paşayeva Türkiyənin ən böyük vilayətlərindən olan Qaziantepdə "Türk dünyası, Türkiyə-Azərbaycan əlaqələri və Qarabağ problemi" mövzusunda konfranslar keçirib. Millət vəkili Qaziantep bələdiyyə başqanı Fatma Şahinlə görüşüb. Azərbaycanla Türkiyənin bəzi şəhər və bələdiyyələrinin qardaşlaşmasının vacibliyini bildirən millət vəkili görüş zamanı Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb.
Q.Paşayevanın Qaziantepdə Azərbaycan küçəsi və Qarabağ parkı təklifini bələdiyyə başqanı tərəfindən dəstəklənib.
Ölkəmizi çox sevdiyini deyən bələdiyyə başqanı Türkiyənin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə bağlı addımlar atılacağını, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirib.
Bələdiyyə başqanı Qənirə Paşayevanın Qaziantepdə konfrans keçirməsinin gənclər üçün önəmini xüsusilə vurğulayaraq, millət vəkilini yaxın zamanlarda təkrar Qaziantepə dəvət edib.