11:05
476
"Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri" Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq ediləcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektron ticarət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycan Respublikası adından bəyanatda qeyd edilir ki, Ümumdünya Radiorabite Konfransının (Dubay, 2023-cü il) Yekun Aktlarını imzalayarkən Azərbaycan Respublikasının nümayəndə heyəti, Beynəlxalq Telekommunikasiya İttifaqının hər hansı Üzv Dövləti BTİ-nin Nizamnamə və Konvensiyası, Radiorabitə Reqlamenti ve bu Konfransın Yekun Aktlarının müddəalarına hər hansı formada riayət etmədikdə və ya yerinə yetirməyi dayandırdıqda və ya digər ölkələrin bəyanat və qeyd-şərtləri onun telekommunikasiya xidmətlərinin dayanıqlı işini təhlükə altında qoyduqda və ya Azərbaycan Respublikasının bütün suveren hüquqlarının həyata keçirilməsini pozduqda, özünün maraqlarının qorunması üçün zəruri hesab etdiyi istənilən tədbirlərin görülməsi hüququnu öz Höküməti üzərində saxladığını bəyan edir: “Azərbaycan Respublikası daha sonra bəyan edir ki, əgər BTİ-nin Üzv Dövlətləri BTİ-nin hüquqi qaydalarında göstərilən təməl prinsiplərinə, eləcə də Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazisində onun milli qanunvericiliyi və normativ aktlarına zidd olan hər hansı telekommunikasiya xidmətləri istismara verdikdə və ya hər hansı radiorabitə avadanlıqlarından istifadə etdikdə, özünün uyğun hesab etdiyi istənilən hərəkətlərin həyata keçirilməsi və istənilən tədbirlərin görülməsi hüququnu, xüsusilə özünün telekommunikasiya sektorunun tənzimlənməsində özünün suveren hüququnu öz üzərində saxlayır.
Azərbaycan Respublikası əvvəlki radiorabitə konfranslarında verdiyi bütün qeyd-şərtləri və bəyanatları bir daha təsdiq edir və istinad kimi əlavə edir.
Azərbaycan Respublikası bu Konfransda yenidən baxılmış Radiorabitə Reqlamentinə qoşulmağa razılıq barədə Beynəlxalq Telekommunikasiya İttifaqına Azərbaycan Respublikası tərəfindən xüsusi təsdiq verilməyənə qədər, bu yenidən baxılmış Radiorabitə Reqlamentinə onun qoşulduğu hesab edilməməlidir.
Azərbaycan Respublikası bu Konfransda qəbul olunmuş Radiorabitə Reqlamentinin yenidən baxılmış variantının ratifikasiyası üzrə sənədlərin depozitariyəyə təqdim edilməsi zamanı, özünün bəyanat və qeyd-şərtlərinə düzəlişlər edilməsi hüququnu öz üzərində saxlayır”.