İran Prezidenti BMT Baş Assambleyasına gedərkən Əlcəzairdə dayanıb Dünya

İran Prezidenti BMT Baş Assambleyasına gedərkən Əlcəzairdə dayanıb

BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka yola düşən İran Prezidenti Məsud Pezeşkiyanın təyyarəsi çərşənbə axşamı Əlcəzairdə qısamüddətli dayanacaq edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxın olan "Nournews" mediası məlumat yayıb.

Xatırladaq ki, Pezeşkiyan bundan əvvəl BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Tehrandan yola düşmüşdü.

Məryəm Quliyeva